Şirkət haqqında


Müzəffər Ali Baş komandan və rəşadətli ordumuz 30 illik əsarətdə olan ərazilərimizi 44 gün ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Azərbaycan tarixi ədaləti bərpa etdi. Şirkətimiz məhz bu tarixi hadisədən ilhamlanaraq rebrendinq edərək, şirkətə yeni imic, yeni nəfəs gətirməyə qərar verdi.

Şübhəsizdir ki, uzun illərdir işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh hissi yaşanılacaq.

Baş verən bu mühüm hadisələrin fonunda "Shusha Construction" MMC xüsusi fəaliyyət növləri üçün müvafiq lisenziya və icazələr alaraq qüvvədə olan Qanunvericiliyə uyğun iş planını təşkil etmiş və nəzərdə tutulan tikinti-quruculuq, bərpa işlərinə tam gücü ilə hazırlıqlarını tamamlamışdır.

Biz "Shusha Construction" MMC olaraq qabaqcıl və müasir texnologiyalar tətbiq etməklə yeni istehsalat sahələri yaratmağı və etibarlı partnyor kimi nüfuz qazanmağı əsas məqsəd təyin etmişik və bu istiqamətdə qəti addımlarla irəliləyirik.

Qarşımıza qoyduğumuz məqsədlərə tam və effektiv şəkildə nail olmaq üçün keyfiyyət, sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühit qorunması məsələlərinə xüsusi diqqət yetiririk.